Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Dünya / Paşinyan Qarabağa gedən yolları bağlamamağa çağırır

Paşinyan Qarabağa gedən yolları bağlamamağa çağırır

Karen Demirçyan adına Yerevan Metropolitenin əməkdaşları tətil elan edib.

Ermənistan KİV-ləri xəbər verir ki, onlar müxalifətin etiraz aksiyasına qoşulublar.

Məlumata görə, mayın 2-dən metronun 10 stansiyası bağlanıb. Metropolitenin məsul şəxsləri vəziyyətlə bağlı açıqlama verməkdən imtina ediblər.

***

Ermənistanda Respublika partiyasının ötən gün parlamentdə Nikol Paşinyanın baş nazir seçilməsini əngəlləməsindən sonra yenidən başlayan etiraz hərəkatı ölkənin əsas nəqliyyat kommunikasiyalarını iflic edib. Paşinyanın tərəfdarları İrəvand metro stansiyalarına giriş-çıxışı, habelə ölkənin əsas avtomobil yollarını bağlayıblar. Gümrü-Yerevan, Yerevan-Sevan avtomobil şosseləri, habelə Ermənistan-Gürcüstan magistralının bir hissəsi bağlıdır.

Paşinyanın rəhbərliyi ilə minlərlə yürüşçü Yerevan küçələrində irəliləyir. O, tərəfdarlarını Ermənistanı Dağlıq Qarabağla birləşdirən, habelə hərbi hissələrə gedən yolları bağlamamağa çağırıb. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi də etirazçılara hərbi hissələrin təchizatını və qoşunların bütün ölkə ərazisi üzrə sərbəst hərəkətini əngəlləməkdən çəkinmək barədə xəbərdarlıq edib.

*    *   *13:33

Ermənistanda Nikol Paşinyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

Rusiyanın NTV telekanalı xəbər verir ki, bu gün səhərdən etibarən ölkə boyu kütləvi etirazlara start verilib.

Paytaxt Yerevanda fəallar bəzi nazirlik və dövlət idarələrinin, o cümlədən Elm və Təhsil Nazirliyinin, Diaspora Nazirliyinin binalarına girişi kəsib, bir çox küçə və prospektdə hərəkət dayandırılıb.

Gümrü və Maralik şəhərlərində etirazçılar yerli meriya binalarına daxil olub. Gümrüdə yerli müxalifətçi fəallardan olan Levon Barsegyan bildirib ki, şəhər meri Samvel Balasanyan müxalifətin tərəfinə keçməlidir. O, şəhərdə bütün dövlət binalarına müxalifətin nəzarət etdiyini söyləyib.

Maralik şəhərində də eyni vəziyyət yaranıb. Nümayişçilər meri hakim partiya sıralarından istefa verərək xalqa qoşulmağa çağırıblar.

Etirazçıların lideri Nikol Paşinyan “Reuters”ə açıqlamasında bildirib ki, kütləvi aksiyalar davam edəcək: “Biz təslim olmayacağıq. İtaətsizlik və tətil davam edəcək”.

N.Paşinyan yenidən baş nazir vəzifəsinə namizədliyini irəli sürüb-sürməmək barədə düşünəcəyini vurğulayıb.

Bu gün axşam saat 19:00-da Yereanın mərkəzi Respublika meydanında yenidən mitinq keçiriləcəyi və bu gün yolların bağlanması və ümummilli tətillə bağlı görülmüş işlərə yekun vurulacağı bildirilib.

Həmçinin oxuyun

Adnan Oktar hakim qarşısında: “Bizdə qəyyumluq sistem var”

Adnan Oktar və digər 226 təqsirləndirilən şəxsin ittiham olunduğu məhkəmə prosesi Silivridə başlanıb.Cəsusluq, cinayətkar dəstə …