Çərşənbə , İyun 16 2021
Ana səhifə / Dünya / Paşinyan Parisdə etirazlarla qarşılandı

Paşinyan Parisdə etirazlarla qarşılandı

Fransada rəsmi səfərdə olan Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu ölkədə yaşayan ermənilərin kütləvi etirazları ilə qarşılaşıb. Erməni KİV-də yayılan məlumata görə, Fransa erməniləri Parisdəki Ermənistan səfirliyi binası qarşısına toplaşıblar.

Onlar “Nikol, satqın” şüarlarını səsləndiriblər və “Təslimçi”, “Satqın” sözlərinin yazıldığı plakatlar qaldırıblar.

Etirazçılardan biri Paşinyanın “it kimi gəbərməsini” arzulayıb və “bu, Fransaya dövlət büdcəsi hesabına axırıncı dəfə gəlməyindir”, – deyə qışqırıb.

Həmçinin oxuyun

“ABŞ çıxırsa, biz də çıxmalıyıq” – Kılıçdaroğlu

Türk əsgəri Talibanla üz-üzə qalmamalıdır.  Axar.az xəbər verir ki, bunu CHP sədri Kamal Kılıçdaroğlu deyib. “Amerikanın …