Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Paşinyan istefasının şərtlərini açıqladı

Paşinyan istefasının şərtlərini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra istefa verəcək.

Bu barədə Trend RİA Novosti-yə istiandən xəbər verir.

Paşinyan bildirib: “Nazirlər və qubernatorların işdən azad olunma haqqında qərar de-yure qüvvəyə mindikdə, mən istefaya gedəcəm… Ancaq baş nazir vəzifələrini icra edəcəyəm”.

Öz növbəsində “Daşnaksütun” partiyası bəyan edib ki, özü nazirlərini geri çağırır.

Baş nazir həmçinin bildirib ki, parlament yeni baş naziri seçməsə, növbədənkənar parlament seçkiləri təyin olunacaq.

Ermənistan parlamenti “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Qeyd edək ki, qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …