Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Paşinyan II Qaregini istefaya göndərir

Paşinyan II Qaregini istefaya göndərir

Bütün ermənilərin katolikosu II Qareginlə Paşinyan hökuməti arasında patriarxın könüllü olaraq vəzifəsini tərk etməsi barədə razılıq əldə olunub.
Bu barədə “Joğovurd’ qəzeti məlumat yayıb. II Qareginin xəstə olduğu, bu səbəbdən vəzifədən gedəcəyi vurğulanıb.

“Katolikos xəstəlik səbəbilə vəzifəsindən gedəcək. Onun səhhətində problemlər var”, – deyə qəzet yazıb.

Qəzetin əməkdaşı məlumatı dəqiqləşdirmək üçün erməni kilsəsinin informasiya mərkəzinin direktoru Vahram Məlikyana müraciət edib. O, suala cavab verməkdən boyun qaçırıb.

Qeyd edək ki, İrəvanda bir neçə dəfə II Qareginə qarşı etiraz aksiyası keçirilib, onun istefası tələb olunub.
(AzVision.az)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …