Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Paşinyan Ermənistanın baş naziri seçildi

Paşinyan Ermənistanın baş naziri seçildi

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçildi.

Azinforum.az erməni mediasına istinadən xəbər verir ki, qərar Ermənistan parlamentinin xüsusi iclasında qəbul edilib. Paşinyanın namizədliyi Yelk fraksiyasından irəli sürülmüşdü. O, parlamentdə 59 “Hə”, 42 “Yox” cavabı alıb.

1 mayda keçirilən ilk səsvermədə Nikol Paşinyan barədə bu qərarı çıxarmaq mümkün olmamış, hakim partiya onun baş nazirliyinə “Yox” cavabını vermişdi.

Qeyd edək ki, 13 apreldən bəri Ermənistanda etirazlar davam edirdi. Erməni xalqı sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı çıxırdı, nümayişlər Sarkisyanın 23 apreldə istefası ilə nəticələndi.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …