Bu son 100 gün ərzində Ermənistanın daxilində baş verənlərlə bağlı AzNews.az saytına danışan “Gənc Demokratlar” institutunun rəhbəri Yeganə Hacıyeva bildirib ki, hakimiyyətdə olduğu yüz gün ərzində o, beynəlxalq hüquq normalarını pozaraq öz sələflərinin adət-ənənələrini davam etdirib:

“Aprel ayında başlayan proseslərin nəticəsi olaraq mayın 15-də Paşinyan Ermənistanın baş naziri seçildi və artıq onun hakimiyyətdə 100-cü günü arxada qaldı. Bu günlər ərzində kifayət qədər Qərb dairələrindən maliyyə və digər formalarda dəstəklənən baş nazir kimi görünsə də, iki dəfə özü, üç dəfə isə xanımı Moskvaya tək səfər edib, Ermənistanın Rusiya tərəfindən hansı səviyyədə dəstəklənməli olması haqqında mesajlar verdi. Baxmayaraq ki, proseslər dövründə küçədə keçirilən etirazlarda, Sarkisyana məxsus hakimiyyətin Rusiya yönümlü olması haqqında təzyiqlərin gəldiyi bir vaxtda o, özünü qərbpərəst göstərmişdi. Bütün bunların ardınca o, yüz gün ərzində Ermənistan rəsmilərinin beynəlxalq hüququ pozma adət-ənənələrini davam etdirdi. Qərb dairələrində özünün ilk mətbuat konfransını Azərbaycan ərazisində keçirməsi, oğlunu Qarabağda əsgərliyə göndərməsi ilə beynəlxalq hüquqa zidd olan hərəkətlər sərgilədikləri bir daha sübut olundu.”

Y.Hacıyeva vurğulayıb ki, onlar 25 ildə Azərbaycanın hətta Ermənistanın da müəyyən kompromislər hesabına ortaya çıxardığı prinsiplərə- ATƏT-in sülhməramlı prinsiplərinə əks mesajlar verdi:

“O, bu mitinqlə sübut etmək istəyir ki, Ermənistan ictimaiyyəti tərəfindən hələ də dəstəklənir. Bundan bir gün öncəki mitinqdə “biz çörək istəyirik” mesajı ilə real addımların atılması uğrunda edilən tələblər vəziyyəti daha da gərginləşdirdi. Daha sonra o daxildə Rusiyanın çoxdan sönmüş bir xəttini dirçəltdi və öz rəqiblərinə qarşı güc nümayiş etdirdi.”

Y.Hacıyeva Paşinyanın etdiyi həbslər barədə danışarkən qeyd edib ki, o həbslər heç də konstitusiyanı pozmuş və ya cinayət törətmiş, mənfi halların yaşanmasına səbəb olan insanlara əngəl olmaq üçün deyil, sırf müəyyən dairələrin hesablaşma “savaşı” idi və bu həbslərdəki əsl məqsədi kənardan görmək və anlamaq çox asandır.
Y.Hacıyeva Azərbaycan da daxil olmaqla hamını maraqlandıran və əsas məsələ olan Dağlıq Qarabağ probleminə də diqqət yönəldib:

“Bu məsələ ilə bağlı ən yaxşı fikri elə Paşinyanın beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə müşaviri deyib. Müşavir Ermənistan ictimai televizyasına verdiyi interviewda deyib ki, Ermənistanda hərkəs həmçinin Paşinyan da Dağlıq Qarabağ problemində beynəlxalq ictimaiyyətin indiyə qədər hansı proseslər apardığını bilmir və elə buna görə də biz yenidən xüsusi nümayəndə heyəti kimi Qarabağ danışıqlarında iştirak etməliyik. Paşinyan Ermənistanı bu cür həssas məqamda geosiyasi baxımdan həm Şərqlə həm də Cənubi Qafqazla bağlı kifayət qədər təklənmiş positiona saldı.”

Y.Hacıyeva Paşinyanın İrana qoyulan sanksiyalarla bağlı qapalı danışıqlarda iştirak etdiyini və həmin xəbəri Rusiya mediasından aldıqlarını da bildirib:

“Məhz həmin hadisədən sonra onun Rusiyaya birinci səfəri baş verdi. Putinlə görüşdə onun yaxın ətrafından Rusiyanın mənafeyinə toxuna bilən xəbərlər aldıq. Həmin görüşdə Azərbaycanın xeyrinə olan mesajlar səsləndirilib.”

Y.Hacıyeva Paşinyanın Ermənistanda hal-hazırda siyasi səriştəsiz, təhlükəsizlik proseslərində təcrübəsiz, populist bir baş nazir kimi göründüyünü və bu prosesin isə 6 aydan çox çəkməyəcəyini, baş nazirlik postunda daha çox qalmayacağını da deyib qeyd edib:

“Hakimiyyətinin 43-cü günündə Ermənistanda bir sıra qanunlar qəbul etdi. Həmin qanunlara əsasəm enerji daşıyıcılarının qiyməti qalxdı. Buna müvafiq olaraq bütün ərzaq məhsulları bahalaşdı. Artıq 79-cü gündə çörəyin qiymətində bahalaşma qeydə alındı. Paşinyan inanırdı ki, dövlət idarəçiliyində Petrasyanın desputu ona kömək olacaq. Lakin, Paşinyanın klanlar arası “küçə döyüşlərində” iştirak etdiyinə və bunun onların mövqeyinə zidd olduğuna görə kömək etməkdən imtina etdilər. 100 günün qısa xülasəsi bu cürdür. Bu dəyərləndirmə azərbaycan vətəndaşı olduğuma görə mənfi deyil, bu Ermənistanın real, obyektiv “100 gün”-ü idi. “