Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Paşinyan əleyhinə mitinqdə təxribat cəhdi – VİDEO

Paşinyan əleyhinə mitinqdə təxribat cəhdi – VİDEO

Bu gün Ermənistan müxalifətinin İrəvanın Azadlıq meydanında təşkil etdiyi mitinqdə təxribata cəhd olub.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Belə ki, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyanın mitinq iştirakçıları qarşısında çıxışı zamanı bir nəfər tribunaya qalxaraq qışqırmağa və təxribata cəhd göstərib. Mitinqə gələnlər onu tribunadan aşağı endiriblər.

Təxribata cəhdin hakimiyyət tərəfindən planlaşdırıldığı iddia olunur.

Azvision.az

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …