Cümə axşamı , Dekabr 9 2021
Ana səhifə / Dünya / Paşinyan əlinə süpürgə alıb küçə süpürdü – VİDEO

Paşinyan əlinə süpürgə alıb küçə süpürdü – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan, ərazidə zibil olduğu üçün İctimai Teatrın yeni binasının təməlatma mərasimində iştirak etməkdən imtina edib.

Bu barədə Sputnik Azərbaycan “News.am”-a istinadən xəbər verir.

O bildirib ki, belə vəziyyətdə mərasimdə iştirak edə bilməz. Daha sonra baş nazir süpürgəni götürərək ərazini süpürməyə başlayıb. Mərasimin digər iştirakçıları da ona qoşulub.

“Ətraf təmiz olmalıdır. Bura gəlib, zibilin ortasında mərasim keçirmək olmaz” – deyə Paşinyan bildirib.

Bunun təməlatma mərasiminin təxirə salınması anlamına gəlməsi barədə sualına Paşinyan belə cavab verib: “Hələ ərazini təmizləyək, daha sonra qərar verərək mərasimi keçirək ya yox”.

Həmçinin oxuyun

Daha bir ölkə Pekin olimpiadasını boykot edib

Kanada 2022-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulacaq. “Report” “CBC News”a istinadən xəbər verir …