Cümə , Fevral 26 2021
Ana səhifə / Dünya / Paşinyan əleyhinə mitinqdə təxribat cəhdi – VİDEO

Paşinyan əleyhinə mitinqdə təxribat cəhdi – VİDEO

Bu gün Ermənistan müxalifətinin İrəvanın Azadlıq meydanında təşkil etdiyi mitinqdə təxribata cəhd olub.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Belə ki, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyanın mitinq iştirakçıları qarşısında çıxışı zamanı bir nəfər tribunaya qalxaraq qışqırmağa və təxribata cəhd göstərib. Mitinqə gələnlər onu tribunadan aşağı endiriblər.

Təxribata cəhdin hakimiyyət tərəfindən planlaşdırıldığı iddia olunur.

Azvision.az

Həmçinin oxuyun

“Ermənistanda dövlət çevrilişi cəhdini qınayırıq”

“Ermənistandakı dövlət çevrilişi cəhdini qınayırıq. Dövlət çevrilişləri hər zaman demokratik prosesləri zədələyir və xaosa səbəb …