Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Dünya / Paris “Expo-2025”-dən imtina etdi

Paris “Expo-2025”-dən imtina etdi

Parisin “Expo-2025” Ümumdünya Sərgisinə namizədliyi geri götürülüb.

Fransa Baş naziri Eduard Filipp bununla bağlı “Expo-2025” Təşkilat Komitəsinə məktub yazıb. Məktubda Parisin namizədliyini geri götürməsinin səbəbi kimi maliyyə durumu göstərilib. E. Filipp tədbirin keçirilməsi üçün zəruri olan biznes tərəfdaşlarının da çatışmadığını qeyd edib.

Xatırladaq ki, Fransa 2017-ci il sentyabrın sonlarında “Expo-2025”-nin təşkili ilə bağlı namizədliyini irəli sürüb. Müraciətdə bildirilmişdi ki, sərgini 35-65 milyon insan ziyarət edə bilər.

Hazırda “Expo-2025” sərgisinin keçirilməsinə namizəd ölkələr Azərbaycan, Yaponiya və Rusiyadır. Sərginin keçirilməsi hüququ qazanmış ölkənin adı bu ilin noyabrında açıqlanacaq./APA/

Həmçinin oxuyun

ABŞ tarixində ilk – Maliyyə naziri qadın oldu

ABŞ Senatı Canet Yelleni ölkənin maliyyə naziri vəzifəsinə təsdiqləyib. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, onun …