Cümə , Oktyabr 23 2020
Ana səhifə / Dünya / Paraşüt açılmadı, baxın nə oldu…

Paraşüt açılmadı, baxın nə oldu…

Ekstremal idmançı açılmayan paraşütlə tullanarkən möcüzə nəticəsində sağ qalıb. 

Sputnik Azərbaycan xəbər verir ki, 78 metrlik binadan tullanmaq isveçli ekstrimal üçün az qala ölümlə nəticələnəcəkmiş. Dəhşətli kadrları ekstremalın dostu lentə alıb.

Məlumata görə, hadisə Stokholmda baş verib. İki idmançı aidiyyatı qurumlardan icazə almadan tullanmaq məqsədi ilə 24-mərtəbəli binanı seçiblər.

“Mən qonaq otağında televizora baxırdım. Paraşütlə göydə adamın uçduğunu örəndə düşündüm ki, “Aman Tanrım, nə baş verir?”. Eyvana çıxdım və gördüm ki, adam normal şəkildə yerə endi” — deyə 12-ci mərtəbədə yaşayan şahid deyib.

İdmançının tullanmaq istəyən həmkarının bəxti isə o qədər də gətirməyib. Halbuki onun hazırlaşmağa zamanı çox olub. “O mənim eyvanımın önündən keçəndə paraşütü hələ açılmamışdı. Mən elə qorxdum ki, qışqırdım” – deyə bina sakini deyib.

Zərəçəkən xəstəxanaya çatdırılıb, həkimlərin fikrincə onun həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, sakinlər tərəfindən terras kimi istifadə edilən 78 metrlik binanın damı yerli ektremalların seçdikləri yer olduğu üçün 2013-cü ildə kilidlənib.

Həmçinin oxuyun

“Qarabağ məsələsi Azərbaycan sərhədləri çərçivəsində həll edilməlidir” – ABŞ-ın NATO-dakı səfiri

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu …