Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində qadın məhbusların ayağını yuyub.

Bu barədə xarici media Papanın “Müqəddəs Cümə axşamı” kimi tanınan gündə Romadakı Rebbibia həbsxanasında 12 qadın məhbusun ayaqlarını yuyub və öpdüyünü bildirib.

Papanın ayaqlarını yuduğu məhbusların italyan, rus, bolqar, nigeriyalı, ukraynalı, perulu və bosniya-herseqovinalı olduğu bildirilir.

Qeyd edək ki, xristian inancına görə çarmıxa çəkilməmişdən bir gün öncə 12 həvarisinin ayaqlarını yuyan İsa peyğəmbər sevgi və təvazökarlığa önəm verib. Katolik kilsəsi də bunu rituala çevirib. Qafqazinfo

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …