Bazar , Oktyabr 25 2020
Ana səhifə / Dünya / “Palmali” Rusiyada rəsmən müflis elan edildi

“Palmali” Rusiyada rəsmən müflis elan edildi

Rusiyanın Rostov əyalətinin Arbitraj məhkəməsi “Palmali” şirkətini müflis elan edib. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, şirkət altı ay davam edəcək iflas proseduruna başlayıb.

Qeyd edək ki, “Palmali” əsas kreditoru olan “Sberbank”a 13 milyard rubl (təxminən 335 milyon manat) borcludur.

Bundan başqa, digər kreditorlar arasında Mübariz Mənsimova məxsus Maltada qeydiyyatdan keçən “Palmali Holding”, Vest-İndiyadakı “Palmali Şipping”, Türkiyədəki “Palmali Gemicilik ve Acentelik” də var. Həmin şirkətlərin iddiaları 6 milyard rublu keçir.

Borclu şirkətə qarşı tələb irəli sürənlər arasında “Alyans”, “Azov-Flot-Servis”, “Arsenal” sığorta şirkəti, həmçinin “YuqBunkerServis-Rostov” yanacaq şirkəti də var.

Qeyd edək ki, “Palmali”nin direktoru 17,5 milyon rublluq vergidən yayınmada ittiham olunur.

 

Həmçinin oxuyun

Əkrəm İmamoğlu koronavirusa yoluxub

Türkiyə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. APA-nın …