Ana səhifə / Dünya / Özbəkistandakı iğtişaşlarda 18 nəfər öldü

Özbəkistandakı iğtişaşlarda 18 nəfər öldü

Özbəkistanın tərkibinə daxil olan Qaraqalpaqıstan Muxtar Respublikasında kütləvi iğtişaşlar zamanı 18 nəfər həlak olub.

Bu barədə Özbəkistan Respublikası Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iğtişaşlar zamanı 243 nəfər yaralanıb. Onlardan 38-i mühafizəçilərdir.

94 nəfər isə xəstəxanaya çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı 516 nəfər saxlanılıb.
Araşdırma aparılır.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …