Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Dünya / Özbəkistan parlamenti Qaraqalpaqda baş verənləri araşdırmaq üçün komissiya yaradıb

Özbəkistan parlamenti Qaraqalpaqda baş verənləri araşdırmaq üçün komissiya yaradıb

Özbəkistanın Ali Məclisinin Qanunvericilik Palatası və Senatı Qaraqalpaqda baş verən hadisələrlə bağlı müstəqil araşdırma aparmaq üçün komissiya yaradılması barədə qərar qəbul edib. 

“Report” bu barədə “Kun.uz” portalına istinadən xəbər verir.

Müvafiq qərar hər iki palata Şuralarının birgə iclasında qəbul edilib.

Araşdırmanın nəticələri Özbəkistan və dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Xatırladaq ki, iyulun 1-2-də Nukusda başlayan etiraz aksiyaları Konstitusiyanın Qaraqalpaq Respublikasının statusu ilə bağlı maddələrinə dəyişiklik edilməsi ilə bağlı təkliflər verildikdən sonra qanunsuz aksiyalara çevrilib. İğtişaşlar nəticəsində 4-ü polis olmaqla 18 nəfər həlak olub, 38-i təhlükəsizlik işçisi olmaqla 243 nəfər yaralanıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev şəxsən Nukusda olub və orada vətəndaşları Qaraqalpağın statusunun dəyişdirilməyəcəyinə əmin edib. Mirziyoyevin imzaladığı fərmanla avqustun 2-dək Qaraqalpaq ərazisində fövqəladə vəziyyət elan edilib.

Həmçinin oxuyun

“Arvadları rus hərbçilərinə deyirlər ki…” – Zelenskayadan şok iddia

Ukraynanın birinci xanımı Alyona Zelenskaya Münaqişələrdə seksual zorakılığın qarşısının alınması üzrə konfransda çıxış edərkən, belə …