Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Dünya / Öz oxu ətrafında fırlanan ekoloji otel

Öz oxu ətrafında fırlanan ekoloji otel

Belçikalı memar Vinsent Kallebot öz oxu ətrafında fırlanaraq enerji istehsal edən ekoloji otelin layihəsini hazırlayıb.

AZƏRTAC novate.ru saytına istinadla bildirir ki, “Nautilus Eco-Resort” adlanan otel müxtəlif hündürlüyə malik 12 spiralvari yaşayış binasından ibarət olmaqla, 360 dərəcə fırlana bilir.

Memarın fikrincə, binaların üzərində quraşdırılan fotoelektrik panellər sutka ərzində günəş enerjisini toplamağa imkan verir. Bu isə otel kompleksinin enerji ilə 100 faiz təminatına şərait yaradır.

Günəşdən başqa, ekooteldə nəhəng turbinlər vasitəsilə su enerjisindən də istifadə ediləcək.

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …