Bazar , Yanvar 17 2021
Ana səhifə / Dünya / Ötən il Aralıq dənizi vasitəsi ilə Avropaya 171 mindən çox mühacir gəlib

Ötən il Aralıq dənizi vasitəsi ilə Avropaya 171 mindən çox mühacir gəlib

2017-ci ildə Aralıq dənizi vasitəsi ilə Avropaya gələn mühacir və qaçqınların sayı 171 min nəfərdən çox olub. Həmçinin köç zamanı 3 mindən çox insan həyatını itirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi Coel Millman yanvarın 5-də Cenevrədə keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, İtaliya təxminən 119 min, Yunanıstan 29 min, İspaniya 21 min və Kipr min nəfər mühaciri qəbul edib. 2016-cı ildə isə Avropaya gələn mühacirlərin sayı 363 min nəfəri ötmüşdü.

Ötən il yanvarın 1-dən dekabrın 20-nə qədər Aralıq dənizində 3116 nəfər, 2016-cı il ərzində 5143 nəfər həyatını itirib. 2017-ci ildə Afrikadan İtaliyaya gedən marşrut digər miqrasiya yollarına nisbətən daha təhlükəli olaraq qalıb.

Ümumilikdə isə ötən 12 ay ərzində 5376 mühacir və qaçqın dənizdə boğularaq həlak olub. Aralıq dənizindən əlavə, Şimali Afrikada 467, Afrikanın Saxaradan cənubdakı rayonlarında 387, Meksikadan ABŞ-a gedən marşrutda 369, Cənub-Şərqi Asiyada 298 və Yaxın Şərqdə 214 ölüm faktı qeydə alınıb.

2016-cı ildə 7932 mühacirin həyatını itirdiyini xatırladan Coel Millman 2017-ci ildə ölüm hallarının azalmasını “müsbət inkişaf” adlandırıb.

Həmçinin oxuyun

Ordusu olmayan ölkələrin SİYAHISI

Bu ölkələr rəsmi olaraq silahlı qüvvələrə malik deyillər. Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var. …