Ana səhifə / Dünya / “Ortada ssenari var” – Ərdoğan

“Ortada ssenari var” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında çıxışı zamanı aprelin 23-də TBMM-də yaşananlardan narahat olduğunu bildirib.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, Ərdoğan ortada ssenarinin olduğunu qeyd edib:

“Öz xəstə siyasətləri ilə bizim milli bayramımızı zəhərləmək üçün istifadə edənləri şiddətlə qınayıram. Ümumi toplantıda baş verənlər həqiqətən fəlakətdir”.

 

CHP lideri Kamal Kılıçdaroğluna “namizəd ol” çağırışı edən Ərdoğan 15 millət vəkilinin CHP-dən “İYİ” Partiyaya keçməsi prosesinə “Ortada qəribə bir ssenari var. Həftə sonuna qədər bu ssenari necə oynanılacaq, görəcəyik”,- deyə bildirib.

Ərdoğan ölkənin keçmış prezidenti Abdullah Gülün namizəd olacağı ilə bağlı sualları da cavablandırıb:

“5 mayda hamımız meydanda olacağıq. Ondan sonra meydanlarda kimin olacağını görəcəyik. Bizim belə bir problemimiz yoxdur”.

Həmçinin oxuyun

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının …