Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / “Onların məqsədi ikinci cəbhənin açılması idi”

“Onların məqsədi ikinci cəbhənin açılması idi”

“Saakaşvilinin Gürcüstana göndərilməsi Gürcüstan istiqamətində ikinci cəbhənin açılması cəhdi idi”.

Belə bəyanatla Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edib.

Qaribaşvili Ukraynanı müharibədə ikinci cəbhə açmaq cəhdində ittiham edib, bildirib ki, Ukrayna bu “təxribatlarını” indi də davam etdirir, Mixail Saakaşvilinin ölkəyə qaytarılması da bu plana xidmət edirdi.

Baş nazir “müharibədən qaçmağa nail olmağı” başçılıq etdiyi hökumətin ən böyük uğurlarından biri kimi qiymətləndirib. Həmçinin əlavə edib ki, keçən il Gürcüstan “analoqu olmayan inkişaf tempi” göstərib, belə ki, iqtisadi böyümə 10.1 faiz təşkil edib.

“Bu müharibəni hansısa formada bizim ölkəmizə də keçirmək cəhdləri təəssüf ki, indi də davam edir. Biz Ukrayna hakimiyyət nümayəndələrinin bu mövzuda açıqlamalarını eşidirik. Onların məqsədi ikinci cəbhənin açılması idi”, – Qaribaşvili bəyan edib. O, əminliyini təkrarlayıb ki, Saakaşvilinin Gürcüstana göndərilməsi bu məqsədə xidmət edirdi.

AzPolitika

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …