Ana səhifə / Dünya / “Onlar yalançıdır” – Kremldən Kılıçdaroğluna cavab

“Onlar yalançıdır” – Kremldən Kılıçdaroğluna cavab

Türkiyədə müxalif “Millət İttifaqı”nin prezidentliyə namizədi Kamal Twitter-də rus dilində yazdığı tvitdə Rusiyanı seçkilərə müdaxilə etməməyə çağırıb. O qeyd edib ki, Rusiya mayın 14-dən sonra Türkiyə ilə dostluğunun davam etməsini istəyirsə, seçkilərə müdaxilə etməməlidir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kılıçdaroğlunun açıqlamasına reaksiya verib.
O, Rusiyanın Türkiyədə keçirilən prezident və parlament seçkilərinə müdaxiləsi ehtimalı ilə bağlı fikirləri təkzib edib. Peskov bu cür məlumatların yalançılar tərəfindən yayıldığını vurğulayıb.”Biz bu cür bəyanatları qətiyyətlə rədd edirik. Rəsmi şəkildə bəyan edirik ki, hər hansı müdaxilədən söhbət gedə bilməz. Əgər kimsə cənab Kılıçdaroğluna belə bir məlumat veribsə, deməli, onlar yalançıdırlar və bunu belə demək lazımdır”, – Peskov bu gün jurnalistlərə deyib.
O qeyd edib ki, Rusiya Türkiyə ilə münasibətlərini yüksək qiymətləndirir, Ankara bir sıra regional və qlobal problemlərdə məsuliyyətli mövqe tutur.
BakuPost

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …