Ana səhifə / Dünya / “Onlar Rauf Arifoğlunun kabinetinə gizlicə girirlər” – Tural Abbaslı

“Onlar Rauf Arifoğlunun kabinetinə gizlicə girirlər” – Tural Abbaslı

Siyasi arenada yeni yaradılan “Ağ Blok”un həmtəsisçisi Tural Abbaslının “Qafqazinfo”ya müsahibəsi

– Tural bəy, hansı partiyaların gəncləri “Ağ Blok”da təmsil olunur?

– Təmsil olunan gənclər çoxdur. Amma öndə olan aktiv gənclər arasında Müsavat, KXCP, ADP, Ümid, Milli Şura və AXCP-dən gənclər var. Çalışacağıq ki, ancaq bu partiyalarla məhdudlaşmayaq.

– Deputatlığa namizədləriniz kimlərdir?

– Bizim 125 dairədən təmsilçilik iddiamız yoxdur. Hələ ki, 10 dairədən namizədimizi müəyyənləşdirmişik. Mən, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Cəmil Hacıyev, Xanlar Hacıyev, Zəka Sahib və Kərim Ağarzanın namizədliyi müəyyənləşib. Mən Nəsimi rayonu 21-ci dairədən namizəd olacağam. Bakıda və bölgələrdəki 5 dairədən namizədimiz var.

– Müsavat partiyasından çıxan və çıxarılanlardan “Ağ Blok”da var?

– Var. Amma çıxarılanlar yox, çıxanlar var. Başqan müşaviri olan şəxslər bizə öz dəstəyini bildiriblər.

– Deputatlığa namizədlik üçün müəyyənləşdirdiyiniz dairələr Müsavat partiyası ilə razılaşdırılıbmı? Siz hələ də partiyanın üzvüsüz və eyni dairədən partiya da namizəd irəli sürsə, rəqib olacaqsız?

– Biz hansı dairələrdən namizəd olacağımızı lap əvvəldən partiyaya bildirmişik. Partiyanın namizədlərini Məclis müəyyənləşdirir, orda da əksəriyyət Arif Hacılı qruplaşmasının adamlarıdır. Bizim Məclisin qərarına təsir etmək imkanımız yoxdur. Sabah partiya həmin dairədə bizim namizədliyimi dəstəkləsə, fars demişkən “xub”, dəstəkləməsə də bu onları seçimidir. Müsavat – Ağ Blok münasibətlərini Müsavat müəyyənləşdirəcək.

– “Ağ Blok”un yaradılması partiya rəhbərliyi ilə müzakirə olunubmu?

– “Ağ Blok” Müsavat partiyasının işi deyil ki, onlarla danışaq, fikirlərini dəyərləndirək. Bu gələcəkdə onlara alternativ olan təşkilatdı, nəinki onların diktəsi ilə oturub duran qurum. Biz məsləhətləşməni yersiz bildik.

– Müsavat Partiyasına “onlar” deyə müraciət edirsiz. Artıq özünüzü Müsavatdan uzaqlaşdırmısız?

– Bir şeyi ayıraq, Müsavat ideologiyası və Müsavat Partiyası rəhbərliyi var. Mən “onlar” dedikdə indiki rəhbərliyi nəzərdə tuturam. Onlar dediyimiz rəhbərlikdən heç biri 3 il sonra orada təmsil olunmaya bilər. Necə ki, bu gün Vurğun Əyyub 4 nəfərin iştirakı ilə partiyadan çıxarıla bilir, 4 il sonrakı qurultaydan sonra Arif Hacılı 3 nəfərin iştirakı ilə partiyadan çıxarıla bilər. Mən əgər gələcəkdə orada perspektiv görsəm partiyada qalacağam, perspektiv olmasa yeni partiya yaradacağıq.

– Sizi bu yaxınlarda  Müsavat Partiyasından Rauf Arifoğlu ilə yaxın münasibətə görə ittiham edirlər. Qarşı tərəf nə qədər haqlıdır?

– Bu ittiham deyil, siyasi gündəmdə olan boşluğun nəticəsidir ki, insanlar artıq şəxsi münasibətləri müzakirə edirlər. Mən Rauf Arifoğlunu jurnalist kimi qəbul edirəm və bir siyasətçi olaraq jurnalistlə münasibətlərimi normal qurmağım təbiidir. Bu gün Rauf Arifoğlunu tənqid edənlər ona məndən daha yaxındırlar. Birinə birinci müavinlik postu təklif edib sonra düşmən elan edirlər, “Rauf Arifoğluna olan hücum mənə olan hücumdur” deyib indi düşmən elan edirlər. Biz onlardan fərqli olaraq, Rauf Arifoğlunun kabinetinə gizlicə gedib hansısa xahişi edib sonra mətbutda başqa söz demirik.

 

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın