Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Ölkəyə gələn hər bir turistdən 1.5 avro vergi tutulacaq – Türkiyə

Ölkəyə gələn hər bir turistdən 1.5 avro vergi tutulacaq – Türkiyə

Türkiyə hökuməti ölkə aerportlarından istifadə edən turistlərdən təhlükəsizlik vergisi alacaq.

Axar.az xəbər verir ki, qərarın 2019-cu ilin 1 yanvar tarixindən tətbiqinə başlanılacaq.

Bildirilib ki, hökumət hava limanlarının təhlükəsizliyinin artırılması məqsədilə belə addım atıb.

Belə ki, artan xərclər məhz elə turistlərin ödədiyi vergilər hesabına təmin ediləcək.

Məlumata görə, vergi ödənişi əvvəlcə 3 avro həcmində müəyyən edilsə də, sonradan Mədəniyyət və Turizm Nazirliyinin müdaxiləsi ilə bu 1,5 avroya qədər endirlib.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …