Bazar ertəsi , Mart 27 2023
Ana səhifə / Dünya / “Ölkəsini müdafiə edənlərin hamısı gecə-gündüz anlayışını itirib”

“Ölkəsini müdafiə edənlərin hamısı gecə-gündüz anlayışını itirib”

“Səmimi deyirəm ki, ölkəsini müdafiə edənlərin hamısı gecə-gündüz anlayışını itirib, amma heç biri ləyaqət hissini itirməyib”.

Bunu Ukrayna daxili işlər naziri Denis Monastirski jurnalistlərə açıqlamasında bildirib.

Nazir ölkənin cənub və şərqində qarşıdurmaların davam etdiyini bildirib.

Milli polis bölmələri də daxil olmaqla hər kəsin döyüşdüyünü qeyd edən Monastirski polisin mövqeləri tərk etməsi ilə bağlı xəbərlərin yalan olduğunu deyib.

O əlavə edib ki, humanitar vəziyyətlə bağlı yaşayış məntəqələri və evlərin dağıdıldığı bir neçə əhəmiyyətli yer var.

Monastirski həmin yaşayış məntəqələrində yaşayan insanların təxliyəsinə görə dəhliz yaratmaq üçün Qırmızı Xaç Cəmiyyəti ilə görüşdüklərini vurğulayıb.

Daxili işlər naziri deyib ki, vəziyyət getdikcə çətinləşir.

Həmçinin oxuyun

Tokayevlə bağlı maraqlı məlumatlar – FOTO

Yazar, jurnalist Aida Eyvazlı Qazaxıstan Prezidenti Kasım Jomərd Tokayevlə bağlı paylaşım edib. “Bu fotolar 1967-ci …