Çərşənbə axşamı , Oktyabr 4 2022
Ana səhifə / Dünya / Olimpiadaya göndərilən ermənilərin ştanqı yoxdur- Paşinyan naziri danladı

Olimpiadaya göndərilən ermənilərin ştanqı yoxdur- Paşinyan naziri danladı

Ermənistanda ağır atletlərin idman ləvazimatları ilə təminatı məsələsində ciddi problemlər yaşanır.

Bu barədə yerli media məlumat yayıb. İş o yerə çatıb ki, artıq problemə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan özü müdaxilə etməli olub. O, hökumətin iclasında çıxışı zamanı “Ən qısa müddətdə erməni ağır atletlər üçün yeni ştanqlar gətirilməlidir” deyərək Təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsini icra edən Vahram Dumanyana kəskin narazılığını bildirib.

Paşinyan idmançıların Tokyo Olimpiadasına hazırlaşması üçün normal şəraitin yaradılmaması və yeni standartlara uyğun idman alətləri ilə təchizatın zəif olmasından gileylənib.

“Biz 27 aprel tarixində toplantı keçirdik, 20 dəst ştanqın milli komandaya təhvil veriləcəyi barədə razılaşdıq. İki ay keçir, inventar hələ də yerində deyil və siz 20 deyil, 7 idman alətinin gətiriləcəyini söyləyirsiniz. Tokio Olimpiadasına isə yalnız bir ay qalıb”, – Paşinyan naziri danlayıb.

Xatırladaq ki, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya Ermənistandan iki ağır atlet gedəcək: Simon Martirosyan və Izabella Yaylyan. Azvision.az

Həmçinin oxuyun

ABŞ-ın sabiq prezidenti Ceyms Karterin 98 yaşı tamam olub

ABŞ-ın sabiq prezidenti Ceyms Karter şənbə günü 98 yaşını qeyd edib, Karetin kitabxanası isə yeni …