Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Dünya / Öldürüldüyü deyilən jurnalist Türkiyə prezidentinin yaxın dostları sırasında olub

Öldürüldüyü deyilən jurnalist Türkiyə prezidentinin yaxın dostları sırasında olub

“The New York Times” qəzetində jurnalist Jamal Khashoggi-ni haqqındakı yazıda xeyli maraqlı nüanslar var. Məsələn, qəzet yazır ki, o, kral ailəsi ilə yaxın olub, hətta bəziləri iddia edir ki, o, Səudiyyənin xeyrinə casusluq da edib. Qərb siyasi dairələrinə çox yaxın olub. Kral ailəsi ilə əlaqəyə girmək istəyənlərin bir çoxu onun üzərindən Səudiyyədə xeyli iş görüb. Anaq ötən il şahzadə Mohammed bin Salman Səudiyyə tax-tacının gələcək sahibi elan olundu. Və hər şey kökündən dəyişdi. Jamal Khashoggi vətənini tərk etdi və Amerikaya yollandı. “The Washington Post”-un köşə yazarı kimi fəaliyyətə başladı…

O da məlumdur ki, Jamal Khashoggi Türkiyə prezidentinin yaxın dostları sırasındadır. Bu dostluğun ciddi ideoloji əsasları var. Belə ki, Jamal Khashoggi “Müsəlman Qardaşları” təşkilatına bağlı adamdır. Ərdoğanın bu təşkilata xüsusi simpatiyasının olması da sirr deyil…
“The New York Times” yazır ki, bu dostluq Ərdoğan üçün nə qədər önəmli olsa da Türkiyə prezidenti bu hadisədən istifadə edərək Səudiyyə kapitalının zəifləmiş Türkiyəyə iqtisadiyyatına axınını təmin etməyə çalışır. Ona görə də Səudiyyə ilə alverdə maraqlıdır və əlində olan faktları xəsisliklə Qərb kəşfiyyat orqanları ilə bölüşür…
Amerika prezidenti də bu olaydan Səudiyyə ilə bazarlıq məqsədi ilə istifadə etmək fikrindədir. Məsələn, prezident Trump vurğulayır ki, Jamal Khashoggi ABŞ vətəndaşı deyil, o, Amerikadan çox-çox uzaqlarda yoxa çıxıb…
“The New York Times” onu da vurğulayır ki, Amerika prezidentinin 37 yaşlı kürəkəni Jared Kushner şahzadə Mohammed bin Salman-la yaxın dostdur. Bu da önəmli məqamdır…

Qəzet bildirir ki, Qərbdə islahatçı imici yaratmağa çalışan Mohammed bin Salman-ın bu işdə əlinin olması onun nüfuzuna ciddi ziyan vuracaq. Vəziyyətdən çıxmaq üçün bu cinayəti Səudiyyənin xüsusi xidmət orqanlarının üzərinə atmaq planı işə düşüb…
Bir məqama da diqqət edilib. Bir vaxt Səudiyyə xənadanı “Məslman Qaradaşları” təşkilatına rəğbət bəsləyib, onlara ciddi maliyyə dəstəyi verib. Ancaq “Ərəb Baharı” başadıqdan sonra Səudiyyə krallığı qorxuya düşdü. Çünki həmin inqilabi proseslərdə “Müsəlman Qardaşlar” aparıcı rol oynayırdı və həmin hərəkat Səud tayfasını tarixdən silə bilərdi…

Elbəyi Həsənli

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …