Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Dünya / Olbrayt Trampı Putin üçün “hədiyyə” adlandırdı

Olbrayt Trampı Putin üçün “hədiyyə” adlandırdı

ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt prezident Donald Trampın NATO və Avropa ölkələrinə yönəlik siyasətini sərt tənqid edib.

Bu mənada Olbrayt Trampı Rusiya prezidenti Vladimir Putin üçün “hədiyyə” adlandırıb.

Sabiq dövlət katibi qeyd edib ki, Tramp və Putin arasında bənzərlik var: “Rusiya ABŞ demokratiyasını çökdürmək və Vaşinqtonla müttəfiqləri arasındakı münasibətləri pozmaq üçün çalışır. Trampın Avropa və NATO ölkələrinə qarşı etdiyi çıxışları xatırlayın. Trampın bir çox aspektdən Putin üçün hədiyyə olduğunu düşünürəm”.

M.Olbrayt vurğulayıb ki, hazırda ABŞ-da qərarvermə mexanizmi işləmir. (AzVision.az)

Həmçinin oxuyun

Koçaryan Paşinyanın komandasını “Komediya klubu” adlandırdı

“Bizim vəziyyətimizdə olan ölkələrin xarici siyasətdəki yanaşmalarını dəyişdirmək çətindir”. Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan …