Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Dünya / Ölənlərin sayı 3,6 minə çatır – Xəstəlik yayılmaqda davam edir

Ölənlərin sayı 3,6 minə çatır – Xəstəlik yayılmaqda davam edir

Bütün dünyanı ağuşuna alan koronovirusla bağlı son statistika açıqlanıb.

Son sutka ərzində bütün dünyada xəstəliyə yoluxanların ümumi sayı 106 mini keçib. Onlardan 3 min 594 nəfəri ölüb. Təxminən 60 min nəfər sağalıb.

Xəstəliyin mənbəyi olan Çində son sutka ərzində koronavirusdan ölənlərin sayı 27 nəfərə çatıb. Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, son gün ərzində ölkədə koronavirusa 44 nəfər yoluxub, 1,6 min insan sağalıb.

Dövlət Komitəsinin məlumatına görə, Çində ümumilikdə koronavirusa yoluxanların sayı 80,7 min nəfərə çatıb. Ölkədə bu günə kimi 57 min insan koronavirusdan sağalıb. Ötən ilin dekabrından Çinin 3 097 vətəndaşı virusun qurbanı olub.

Ölənlərin sayına görə ikinci yerdə İtaliya gəlir. Burada 233, üçüncü yerdəki İranda isə 145 xəstə vəfat edib.  

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100 ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. sputnik.az

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …