Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Dünya / Ölənlərin 99 faizdən çoxu vaksin vurdurmayanlardır…

Ölənlərin 99 faizdən çoxu vaksin vurdurmayanlardır…

Dünyada indiyədək 3.9 milyondan çox adamın ölümünə səbəb olan koronavirusa qarşı tətbiq edilən vaksinlərin ölümləri və yoluxmaları necə kəskin azaltdığına dair ABŞ-da yeni araşdırma nəticəsi açıqlanıb. “Assosiated Press” agentliyi ölkədə may ayından bəri koronavirusa yoluxanların və ölənlərin statistikasını araşdırıb. Məlum olub ki, may ayında ABŞ-da cəmi 853 min nəfər COVİD-19 virusuna yoluxduğu üçün xəstəxanalara yerləşdirilib. Və bunlardan cəmi 1200-ə yaxını koronavirusa qarşı vaksinin hər iki dozasını vurduranlar olub. Başqa sözlə, may ayında ABŞ-da koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilənlərin cəmi 0.1 faizi vaksinin hər iki dozasını vurduranlardır.

Habelə araşdırmaya görə, may ayında 18 minə yaxın ABŞ sakini koronavirusdan ölüb və bunlardan cəmi 150 nəfəri virusa qarşı vaksinin hər iki dozasını vurduranlar olub. Başqa sözlə, may ayı ərzində virusdan ölənlərin  cəmi 0.8 faizi vaksin olunanlardır. Ölənlərin 99 faizdən çoxu isə vaksin vurdurmayanlardır.

Bu nəticə koronavirusa qarşı ABŞ-da tətbiq edilən  vaksinlərin yüksək effektivliyinə dəlalət edir. Birləşmiş Ştatlar öz vətəndaşlarına “Moderna” və “Pfizer BionTech” vaksinləri tətbiq edir. Hər iki vaksinin effektivliyi yüksəkdir, 95-98 faiz arasıdır.

Bu arada Birləşmiş Ştatlarda və Avropada pandemiyanın kütləvi peyvəndləmə sayəsində səngidiyi bir vaxtda Rusiyada yeni dalğa vüsət alır. Əhali isə peyvəndlənməyə tərəddüdlə yanaşır Moskvada koronavirusdan bir gündə ölənlərin sayı 100-ü keçib. RBK portalının iyunun 27-də yaydığı məlumata görə, paytaxtda son 24 saat ərzində 114-dən çox ölüm qeydə alınıb.Ümumilikdə Rusiyada isə son 24 saatda xəstəlikdən 599 nəfər ölüb, 20 mindən çox yoluxma aşkarlanıb.

Moskvanın meri Sergey Sobyanin deyib ki, son dalğanı virusun yeni ştammı törədir, o daha yoluxucudur, simptomları sürətlə inkişaf edir.Rusiya dünyada vaksini təsdiqləyən ilk ölkə olmasına baxmayaraq vaksinasiya ləng gedir, hökumət adamları vaksinasiyaya həvəsləndirmək üçün yeni addımlar atır. Bəzi regionlarda restoran sənayesində çalışanların peyvənd olunması tələb edilir. Krasnodar kurort regionunda peyvənd olunmamış şəxslərin otellərdə qalması yasaqlanıb.

Rusiyada pandemiya başlanandan 122 mindən çox ölüm qeydə alınıb. Cəmi 5 ölkədə – ABŞ, Braziliya, Hindistan, Meksika və Peruda rəsmi ölü sayı bundan çoxdur. Lakin əslində Rusiyada koronavirusdan ölənlərin sayının bundan dəfələrlə çox olduğuna dəlalət edən araşdırmalar dərc edilib.

Rusiya hakimiyyəti peyvəndləmə kampaniyasını sürətləndirməyə və bunun üçün inzibati rıçaqlardan getdikcə daha çox istifadə etməsinə baxmayaraq bu iş ləng gedir. “Dojd” telekanalının reportajına əsasən bir çox regionlarda “Sputnik V” vaksininin birinci komponenti tapılmır. Bu vaksinin özəlliyi onun iki ayrı komponentdən ibarət olmasıdır. Virtualaz.org

Həmçinin oxuyun

Türkiyədəki yanğınlarla bağlı son vəziyyət açıqlandı – VİDEO

Türkiyənin 8 bölgəsində yanğın davam edir. Bu barədə Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Bekir …