Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Dünya / Ölən qıza “iPhone” başdaşı qoyuldu – Foto

Ölən qıza “iPhone” başdaşı qoyuldu – Foto

Rusiyada “iPhone” telefonunu çox sevən qıza “iPhone 6” model tipli başdaşı qoyulub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 28 yaşlı Rita Raisovnanın Ufadakı qeyri-adi qəbri hər kəsi təəccüblədirir. Qara qranitdən hazırlanan məzar daşının ekranında Ritanın şəkli, adı, təvəllüdü və öldüyü il yazılıb.

Başdaşının yan tərəfində səsgücləndirici, arxa paneldə kamera, “Apple” loqosu və markanın adı yer alıb.

Ölən qızın ailəsi haqda məlumat verilməsə də “iPhone” başdaşının 1800 dollara başa gəldiyi və Novosibirsk əyalətində hazırlandığı məlum olub.

Həmçinin oxuyun

Gürcüstan hökuməti müxalifətin tələbini qəbul etdi

2020-ci ildə Gürcüstanda proporsional sistem üzrə növbədənkənar parlament seçkiləri keçiriləcək. “Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi …