Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Dünya / Oğlunun adını “Şeytan” qoydu və satmaq istədi…- Rəzalət

Oğlunun adını “Şeytan” qoydu və satmaq istədi…- Rəzalət

Moskvada rəzil bir ad qoyduğu  körpəsini satmağa üçün çalışan Qazaxıstan sakini saxlanılıb. 
 Moderator.az  bu haqda Rusiya mediasına istinadla  xəbər verir.  33 yaşlı bədnam ana xristian və yəhudi dinlərində  şeytanı təcəssüm etdirən  şər varlıqlardan biri olan “Lütsifer”in adı ilə “İlya-Lütsifer”  adlandırdığı bir yaşlı oğlunu  Rusiya paytaxtında 20 min dollara satmağa cəhd edib. Potensial alıcılar kimi davranan polislər oğlanın satışının qarşısını alıblar.
Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, Almatı  şəhərində yaşayan qadın 2017-ci ildə doğulmuş oğluna 20 min dollar müqabilində qəyyum valideynlər axtarması haqda sosial şəbəkədə elan verib.  Aprelin 5-də  qadın körpəsi ilə razılaşdığı “alıcılar”la görüşmək üçün  Moskvaya gəlib və mülki forma geyinmiş hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən qarşılanıb. Qazaxıstan sakini onlarla bir mənzildə “satış müqaviləsi”  imzalayıb. Sonda “alıcılar”la birlikdə pulun verilməsi  üçün bank şöbəsinə gedən qadın oradaca həbs edilib.
Oğluna Şeytan adı qoyaraq onu satmağa cəhd edən qadının hansı inanca və milliyyətə mənsib olması haqda məlumat verilmir.

Həmçinin oxuyun

Türkiyədə son 8 ayın ən yüksək ölümü

Türkiyədə son sutkada 6713 nəfərə COVID-19 diaqnozu qoyulub, 153 nəfər isə bu virusdan ölüb. APA-nın …