Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Dünya / “NTV Mir”, REN TV, “Rossiya 1” və “Birinci Kanal”ın Avropada yayımı dayandırıla bilər

“NTV Mir”, REN TV, “Rossiya 1” və “Birinci Kanal”ın Avropada yayımı dayandırıla bilər

Avropa İttifaqı (Aİ) ölkələri yeni anti-Rusiya sanksiyaları çərçivəsində bir sıra televiziya kanallarının lisenziyalarını dayandırmaq niyyətindədir.

Xüsusilə, söhbət “NTV Mir”, REN TV, “Rossiya 1” və “Birinci Kanal” gedir. Məlumata görə, sanksiyaya məruz qalan yeni təşkilatların siyahısını əks etdirən ayrıca sənəddə məhz bu telekanalların adları da var.

Həmçinin bildirilir ki, “qara siyahı”ya Rusiyanın aviasiya və kosmik sektorları üçün məhsullar, o cümlədən təyyarə mühərrikləri, ehtiyat hissələri, noutbuklar, kameralar və linzalar daxil ola bilər.//Oxu.az

Həmçinin oxuyun

Moskvada ermənilər biabır oldu – VİDEO

Rusiyanın paytaxtı Moskvada yüzlərlə ermənini pərt ediblər. Belə ki, yanvarın 29-da “İzmaylovo” konsert salonunda Ermənistanın …