Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Dünya / Novruz bayramı İsveçrədə qeyd edilib

Novruz bayramı İsveçrədə qeyd edilib

İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycanlıların İsveçrədəki Kordinasiya Şurası tərəfindən Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Azinforum.az-a verilən məlumatda bildirilir ki,

açılış mərasimində koordinasiya şurasının əlaqələndiricisi Qasım Nəsirov, o cümlədən bu ölkədəki diaspora təşkilatlarımızın rəhbərləri Arzu Əliyeva və Cevzet Aras çıxış edərək Azərbaycanın qədim mədəniyyət tarixində özünəməxsus yer tutmuş Novruz bayramı, onun adət və ənənələri, tarixi və xüsusiyyətləri barədə ətraflı məlumat verib, həmçinin Novruz bayramının məhz Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığı bildirilib.

Tədbir çərçivəsində həmçinin İsveçrədə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri tərəfindən rəqs nümunləri qonaqlara təqdim olunub və Novruza həsr olunmuş şeirlər səsləndirilib.

Şənlik iştirakçılarına musiqi proqramı ilə yanaşı milli mətbəximizin ləziz nümunələri, o cümlədən şirniyyatlardan ibarət ziyafət verilib.

Tədbir Azərbaycanın bu ölkədəki səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Gecədə dispora üzvləri ilə yanaşı İsveçrə ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Həmçinin oxuyun

Ərdoğan nazirləri toplayır – Qarabağ da müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin toplantısı baş …