Cümə axşamı , Avqust 13 2020
Ana səhifə / Dünya / Novosibirskdə Nəsimi-650 şöləni – FOTOLAR/VİDEO

Novosibirskdə Nəsimi-650 şöləni – FOTOLAR/VİDEO

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi Rusiyanın Novosibirsk şəhərində böyük təntənə ilə qeyd olunub.

Azinforum.az xəbər verir ki, Rusiya Azərbaycanlıları İttifaqına (RAİ) daxil olan Novosibirsk Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyası və digər qurumların təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiya və Azərbaycandan çox sayda qonaq iştirak edib.

Azərbaycandan dəvət olunmuş qonaqlar sırasında “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) sədri Toğrul Allahverdili, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli, o cümlədən, Mədəniyyət Nazirliyi ilə Yazıçılar Birliyinin təmsilçiləri, həmçinin digər nümayəndələr də yer alıb.

Tədbirdə Nəsiminin həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verilib, üsyankar şairin zamanında bütün Şərqə səs salan qəzəllərindən seçmələr təqdim olunub.

Şölən Azərbaycanın populyar müğənnisi Damlanın geniş konsert proqramı ilə davam edib.

www.yenicag.az

Həmçinin oxuyun

52 yaşlı aktyor özünü yandıraraq evlilik təklif etdi – FOTO

Böyük Britaniyada qəribə evlilik təklif edilib.Foxnews.com xəbər verir ki, 52 yaşlı dublyor aktyor Riki Aş …