Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Dünya / Notr-Dam Kilsəsi uça bilər – Fotolar + Video+ Yenilənib

Notr-Dam Kilsəsi uça bilər – Fotolar + Video+ Yenilənib

Paris Notr-Dam Kilsəsi yanır.

“ Azinforum.az ” “Frans Press”ə istinadən xəbər verir ki, yanğının səbəbləri açıqlanmasa da, binada restavrasiya işlərinin aparıldığı bildirilib. Alov kilsənin tavanından və pəncərələrindən qalxır. Yanğına ilk reaksiya verən şəxs isə ABŞ prezidenti Donald Tramp olub.

O, “Notr Damın yanmasına baxmaq dəhşətdir. Yanğınsöndürən helikopterlərdən istifadə olunmalıdır. Cəld tərpənmək lazımdır”, – deyə bildirib.

***

“Anadolu” agentliyinin məlumatına görə, yanğın səbəbindən kilsənin qülləsi uçub.

Hadisədən sonra Fransa prezidenti Emmanuel Makron bir neçə aydır aksiya keçirən “Sarı jiletlilər”in gözləntiləri ilə bağlı keçirəcəyi mətbuat konfransını ləğv edib.

***

Paris meri Ann İdalqo Tvitter statusunda yanğının hələ də söndürülmədiyini yazıb:

“Parisin yüzlərlə yanğınsöndürəni alovun qarşısını almağa çalışır. Paris yepiskopluğu ilə kontaktdayıq. Hamını təhlükəsizlik məsafəsini gözləməyə çağırıram”.

Qeyd edək ki, baş vermiş yanğınla əlaqədar Fransanın Baş prokurorluğu istintaqa başlayıb.

***

Fransa Daxili İşlər Nazirliyi yanğında ölən və yaralanın olmadığını açıqlayıb.

***

Yanğından mühafizə xidmətinin nümayəndəsinin sözlərinə görə, Notr-Dam kilsəsinin şimal qülləsindəki yanğını söndürmək mümkün olmayacaq. Kilsənin həmin hissəsinin uçacağı ehtimalı var.

Bir qədər əvvəl isə kilsənin bərpasının azı 10 il vaxt tələb edəcəyi açıqlanıb.

Həmçinin oxuyun

Ermənistan iqtisadiyyatı dərin böhranla üz-üzə – TƏHLİL

Pandemiya başladıqdan sonra Ermənistanda iqtisadi vəziyyətin pisləşməsi əsaslı qiymət artımının baş verməsi və milli valyutanın …