Cümə , Oktyabr 30 2020
Ana səhifə / Dünya / Notr-Dam kilsəsi ilə bağlı inanılmaz təklif irəli sürüldü

Notr-Dam kilsəsi ilə bağlı inanılmaz təklif irəli sürüldü

Vinsent Callebaut Arxitektura Bürosu maraqlı məlumat yayıb.

 Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, büro əməkdaşları Parisdəki məşhur Notr-Dam kilsəsi təmir edilən zaman onun damında meditasiya üçün bağ salınmasını təklif edirlər.

Layihənin rəhbəri Vinsenta Kelbo binanın damında bağça salınmasının real olduğunu iddia edir. Günəş enerjisi ilə qızdırılacaq bağçada yetişdirilən meyvə və tərəvəzlər isə kasıblara paylanacaq. Bunlar kilsənin qüllələrində olacaq.

Təxmin edilir ki, salınacaq bağdan ildə 21 ton meyvə və tərəvəz məhsulu əldə olunacaq. Həmin məhsullar elə kilsənin yaxınlığında kasıblara paylanacaq. Bağçada könüllülər işləyəcək.

Xatırladaq ki, Nort-Dam-de-Pari kilsəsi aprelin 15-də yanıb. Nəticədə, kilsənin damının 2/3-si və qüllələri dağılıb.

Həmçinin oxuyun

Dünyada koronavirusa yoluxanların sayı 45 milyon nəfəri ötdü

Dünyada COVID-19-a yoluxma hallarının sayı 45 milyonu keçib. Bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən …