Ana səhifə / Dünya / Nostradamusun 2018-ci illə bağlı dəhşətli proqnozları…

Nostradamusun 2018-ci illə bağlı dəhşətli proqnozları…

Məşhur fransız astroloqu və kahini Nostradamusun 2018-ci illə bağlı kəhanətləri dərc olunub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 11 sentyabr və Napolyonun yüksəlişini öncədən təxmin edən məşhur ekstrasensin 2018-ci illə bağlı öncəgörmələri əsasən qorxuducu olsa da, elmin inkişafı ilə bağlı şad xəbər də var.
Üçüncü Dünya Müharibəsi başlayır
Kahin 2018-ci ildə Üçüncü Dünya Müharibəsinin başlayacağını bildirib.
“Fransa və Avropanın digər hissələri hücuma məruz qalacaq. Uzun və dəhşətli müharibə baş verəcək. Dünyanın 2 böyük güc dövləti arasında başlayacaq savaş 27 il davam edəcək”
Mütəxəssislər Çin, Rusiya və Şimali Koreyanın hər an ABŞ-a qarşı müharibəyə başlaya biləcəyi fikrini irəli sürürlər. Son zamanlar Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərin gərginləşməsini də nəzərdən qaçırmaq olmaz.
Vezuvi vulkanı partlayacaq
Nostradamusun öncəgörmələrinə görə, 6000-dən çox adam İtaliyadakı Vezuvi vulkanının aktivləşməsi nəticəsində həyatını itirəcək.
Qeyd edək ki, sözügedən vulkanın ətrafında 1,5 milyon insan yaşayır.
ABŞ-da böyük zəlzələ baş verəcək
Kahin ABŞ-da qorxunc zəlzələnin olacağını iddia edib.
“Bir zəlzələ ABŞ-ın qərb bölgəsinə təsir göstərəcək. Zəlzələnin təsiri bütün dünyada hiss ediləcək”.
ABŞ-ın qərbində yerləşən Kaliforniya xəttindəki zəlzələ ocaqları aktivləşib. Baş verə biləcək zəlzələnin 8 baldan da yüksək olacağı fikri önə sürülür.
Yer astroidlə toqquşacaq
Nostradamus 2018-ci ildə yer kürəsinə göy cisminin düşəcəyini də deyib.
“Yer kürəsi böyük bir astroidin düşməsinə şahidlik edəcək. Nüvə terroru və təbii bir fəlakət planetimizi yox edəcək”
İqtisadi böhran
Kahin iqtisadi baxımdan 2018-ci ilin uğursuz bir il olacağını iddia edərək, bunun Üçüncü Dünya Müharibəsi və təbii fəlakətlərlə bağlı olacağını qeyd edib.
İnsanlar 200 ildən çox yaşamağın sirrini tapacaqlar
Nostradamusun proqnozlarına görə 2018-ci ildə elmdə böyük irəliləyişlər olacaq.
“Tibb və dərmanların inkişafı insan ömrünü 200 ilə qədər uzatmağa imkan yaradacaq”.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …