Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Norveçdə yaşayan azərbaycanlı jurnalist tətil elan etdi- İLLİK 60 MİN AVRO MAAŞ İDRAK ABBASOVU QANE ETMİR

Norveçdə yaşayan azərbaycanlı jurnalist tətil elan etdi- İLLİK 60 MİN AVRO MAAŞ İDRAK ABBASOVU QANE ETMİR

“Bu ayın 15-dən etibarən Norveçin İctimai Teleradio Yayımı (NRK) və Norveç Jurnalistlər Birliyi (NJ) olaraq, tətil elan etmişik. Ümumilikdə 1700 əməkdaş bu aksiyaya qoşulub. Tələblərimiz də əmək haqlarının qaldırılmasıdır”.

Bu sözləri Norveçdə yaşayan azərbaycanlı məşhur jurnalist İdrak Abbasov GUNUNSESİ.İNFO-ya açıqlamasında bildirib.

Qeyd edək ki, adıçəkilən jurnalist özünün sosial şəbəkədəki hesabında #NJstreik haştaqı ilə bu barədə məlumat paylaşıb.

Onun sözlərinə görə, təmsil etdiyi Norveçin İctimai Teleradio Yayımı  bu ölkədə əmək haqqı səviyyəsində görə media orqanları arasında 32-ci yerdədir.

Bu ölkədə illik gəlirləri barədə danışan jurnalist deyib ki, bu rəqəm il ərzində təxminən 60 min avrodan yüksəkdir.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …