Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / “Nobel Sülh Mükafatına” İranın xarici işlər nazirinə verilə bilər

“Nobel Sülh Mükafatına” İranın xarici işlər nazirinə verilə bilər

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə komissarı Federika Moqerini “Nobel Sülh Mükafatı”na namizədlər siyahısında ön yerdə dayanırlar. Hər iki siyasi xadim İranın nüvə proqramına dair razılaşmanın əldə olunmasında böyük xidmətlər göstərib.

“Norways News” agentliyinin məlumatına görə, İran ilə Qərb dövlətləri arasında nüvə anlaşması dünyada sülhün təmin olunması istiqamətində atılan böyük və səmərəli addımdır.

Bu il “Nobel Sülh Mükafatı”na 318 namizədin adı irəli sürülüb. Onlardan 215 nəfər dünyada sülhün davamlı təmin olunması istiqamətində fəaliyyət göstəriblər. Qalan 103 namizəd isə sülh uğrunda mübarizə aparan müxtəlif təşkilatlardır.

“Nobel Sülh Mükafatı”na layiq görülənlərin adı oktyabrın 6-da Norveçin paytaxtı Oslo şəhərində keçirilən mərasimdə açıqlanacaq.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …