Şənbə , Yanvar 23 2021
Ana səhifə / Dünya / Nikol Paşinyanın heykəlinin başını qoparıblar

Nikol Paşinyanın heykəlinin başını qoparıblar

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vanadzor-Gümrü yolunun üstündə qoyulan heykəlinin başını qoparıblar.

“Report” “News.am”a istinadən xəbər verir ki, başsız heykəlin fotosu və videosu sosial şəbəkələrdə yayılıb.

N.Paşinyanın heykəli artıq tanınmaz hala düşüb. Abidənin başını kimin qopardığı məlum deyil.

Bundan əvvəl heykəlin ayağının bir hissəsi qoparılaraq oğurlanmışdı.

Qeyd edək ki, heykəl “Mənin addımım” adlanır. Bu, N.Paşinyanın Gümrüdən başlayan yürüşünün rəmzidir.

Həmçinin oxuyun

Ermənistanda növbəti rəzalət

Ermənistanda müharibədə iştirak edənlərin çoxunun hərbi biletində orduda sürücü kimi xidmət etdiyi qeyd edilir. Bu …