Ana səhifə / Dünya / Nikol Paşinyan Ermənistan parlamentində çıxış edir

Nikol Paşinyan Ermənistan parlamentində çıxış edir

Bu gün səhər saatlarından etirazçılar Yerevanın Respublika meydanına toplaşmağa davam edir.

Ermənistan Milli Yığıncağının (parlament) mayın1-də keçiriləcək xüsusi iclasında ölkənin yeni baş naziri seçiləcək. Müxalifətin vahid namizədi Nikol Paşinyandır.

Etirazçılar böyük ekranın quraşdırıldğı meydanda parlamentin xüsusi iclasını canlı izləyəcəklər.

Həmçinin Yerevanın mərkəzində sayı çox da olmayan polis əməkdaşları müşahidə olunur. Ümumilikdə paytaxtın mərkəzində sakitlik olduğu bildirilir.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Aprelin 23-də isə S.Sarkisyan istefa verib.

*   *   *10:29

“Serj Sarqsyanın gecə keçirdiyi müşavirədə Respublikaçılar Partiyasının baş nazirin seçilməsi üçün parlamentdə keçiriləcək səsverməni pozması barədə qərar qəbul edilib”.

TASS xəbər verir ki, bunu Ermənistan baş naziri postuna namizəd, “məxməri inqilabın” lideri Nikol Paşinyan mayın 1-də “Facebook”da canlı yayımda bildirib.

O, tərəfdarlarını yenidən mitinqə çağırıb: “Mən hamını səhər saatlarından “Respublika” meydanında mitinqə, qələbəni qorumağa çağırıram. Respublikaçıların planı bir həftədən sonra öz namizədlərini irəli sürməkdir”.

Qeyd edək ki, bu gün saat 12-də Ermənistan parlamentində baş nazir seçkisi keçiriləcək. Nikol Paşinyan bu posta yeganə namizəddir. Baş nazir olması üçün parlamentin 105 üzvündən 53-ü ona səs verməlidir. Hazırda N.Paşinyanın başçılıq etdiyi “Çıxış” fraksiyası parlamentdə 9, onu dəstəkləyən “Tsarukyan” bloku 31, hakim koalisiyadan çıxan “Daşnaksütyun” fraksiyası isə 7 deputata malikdir.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …