Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Dünya / Niderlandda dini qalmaqal: “Müsəlmanlar diri-diri yandırılmalıdır”

Niderlandda dini qalmaqal: “Müsəlmanlar diri-diri yandırılmalıdır”

Niderlandın Almer şəhərində Ömər İbn Əl Xəttab Camisinə hədə-qorxu məktubu göndərilib.

Bu barədə “Haber7” məlumat yayıb.

“Müsəlmanlar günahkardır və diri-diri yandırılmalıdırlar. Bütün farslar və türklər ölkəni tərk etməlidirlər, yoxsa Auşvitzdəki yəhudilər kimi qazla boğulacaqlar. Yaşasın Zəfər. Adolf Hitler hələ yaşayır”, – deyə məktubda qeyd olunub.

Məktub camiyə gələnlərdə təşviş yaradıb.

Qeyd edilir ki, sözügedən cami son altı ildə üç dəfə hücuma məruz qalıb.

Həmçinin oxuyun

“Prezidentin istefası iqtidara sürpriz oldu” – Köçəryan

“Ermənistan prezidentinin istefası hakim “Vətəndaş müqaviləsi” üçün sürpriz oldu”.  Bu barədə erməni deputat, parlamentdə müdafiə …