Şənbə , Dekabr 10 2022
Ana səhifə / Dünya / Nensi Pelosi Demokrat partiyasının liderliyindən getdi

Nensi Pelosi Demokrat partiyasının liderliyindən getdi

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Demokratlara rəhbərlik etməyəcəyini bəyan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Pelosi artıq bir dövrün başa çatdığını bildirib.

“İndi biz cəsarətlə gələcəyə doğru irəliləməliyik. Demokratlara yeni nəslin rəhbərlik etməsinin vaxtıdır”- deyə 82 yaşlı Pelosi qeyd edb.

Amerikalı siyasətçi bundan sonra konqresmen olaraq “San-Fransisko xalqı üçün çalışmağa” davam edəcəyini deyib.

Qeyd edək ki, Nensi Pelosinin getməsinə əsas səbəb Demokrat partiyasının nümayəndələr palatasında üstünlüyü itirməsi ilə bağlıdır. Onun yerini respublikaçı Kevin Makkartinin tutması gözlənilir.

Xatırladaq ki, Nensi Pelosi qatı ermənipərəst mövqeyi, həmçinin anti-Azərbaycan və anti-Türkiyə mövqeyi ilə tanınan siyasətçi olub. Fəaliyyət göstərdiyi dövrdə o, Türkiyə və Azərbaycan əleyhinə bütün sənədlərin hazırlanmasında fəal iştirak edib.

Həmçinin oxuyun

“İyrənc və ləyaqətsiz…” – Lukaşenko Merkeli təhqir etdi – VİDEO

“Sən Ollandla getdin və Ukraynanı yanlış yerə yönəltdin. İndi isə özünə haqq qazandırırsan. Bu, iyrənclik …