Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Nazirdən qorxunc açıqlama: “Bizə qarşı çıxanı doğrayaraq öldürəcəyik”- VİDEO

Nazirdən qorxunc açıqlama: “Bizə qarşı çıxanı doğrayaraq öldürəcəyik”- VİDEO

Misirin miqrasiya naziri Nabila Makram Sisi rejimini tənqid edənləri doğrayaraq öldürməklə təhdid edib.

Makramın Torontoda qatıldığı iclasdakı çıxışı sosial medianın gündəminə düşüb.

İştirakçılardan biri tərəfindən çəkilən görüntülərdə Makram bunları söyləyib:


“Bizim sadəcə bir ölkəmiz var, O da Misirdir. Misir bizi bir araya gətirən məfhumdur. O, hara getsək də, qəlbimizdə yaşayacaq. Bununla bağlı mənfi bir fikrə dözümümüz yoxdur. Misir əlehinə danışan hər kəs doğranacaq”.

Makramın əlini boynuna aparaq göstərdiyi kəsmək işarəsindən sonra iclasdakı bir qrup insan təəccübünü gizlədə bilməyib. Digər qrup isə onun bu fikirlərini alqışlayıb.

Nazir Makranın bu çıxışının videosunu sosial mediaya yükləyən “Misirli Kanadalıların Demokratiya Koloniyası” adlı təşkilatın üzvləri nazirdən şikayətçi olublar.

Təşkilatın  rəhbəri Əhməd Əbdülqadir “Anadolu Agentliyi”-nə verdiyi açıqlamada misirli nazirin Kanadada kanadalılara qarşı bu cür sözlərini skandal adlandırıb.

Makram was sworn into the cabinet in 2015

“Xaricdə yaşayan misirliləri təhdid edən rejimin Misirdə yaşayanlara nələr edə biləcəyini düşünmək o qədər də çətin deyil. İnsan haqlarını sistemli şəkildə pozan bu rejim artıq öz həmvətənlərini xaricdə də narahat edir. Eyni zamanda başqa bir rejimin nazirinin Kanadada kanadalıları təhdid etməsi görülməmiş bir şeydir. Biz kanada vətəndaşlığına keçmiş misirlilər olaraq Makramı polisə şikayət etdik”. Musavat.com


Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …