Ana səhifə / Dünya / Nazir Süleyman Soylu: Bu il Türkiyədə 87838 antiterror əməliyyatı keçirilib

Nazir Süleyman Soylu: Bu il Türkiyədə 87838 antiterror əməliyyatı keçirilib

Türkiyə hökuməti terror təşkilatlarına qarşı mübarizədə fəaliyyət istiqamətlərini genişləndirib.

AZƏRTAC xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu Türkiyə Böyük Millət Məclisində ətraflı məlumat verib.

Nazir bildirib ki, əlavə olaraq inşa edilən 111 polis təhlükəsizlik yoxlama məntəqəsi istifadəyə veriləndən sonra bu təyinatlı xidmət yerinin sayı 253-ə çatacaq. Nazir bildirib ki, PKK, İŞİD və FETÖ terror təşkilatlarına qarşı paralel olaraq mübarizə aparılır. Təkcə bu il PKK-ya qarşı 87 min 838 antiterror əməliyyatı keçirilib və nəticədə 1289 terrorçu zərərsizləşdirilib. Ötən ilin ilk günlərindən bu vaxtadək, ümumilikdə, 723 terrorçu silahı yerə qoyub. Terror təşkilatlarının güc tətbiq etməklə öz sıralarına qatdıqları dinc vətəndaşların normal həyata qayıtması üçün də əhəmiyyətli addımlar atılıb. Belə ki, məhz ailələri ilə aparılan danışıqlar sayəsində son 22 ayda 282 terrorçu təhlükəsizlik qüvvələrinə könüllü təslim olub.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …