Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Dünya / Nazir “Diriliş Ərtoğrul”un çəkildiyi məkanda – Fotolar

Nazir “Diriliş Ərtoğrul”un çəkildiyi məkanda – Fotolar

Mədəniyyət naziri Anar Kərimov, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Türkiyənin məşhur ssenari müəllifi və film prodüsseri Mehmet Bozdağın müşaiyəti ilə “Diriliş Ərtoğrul”, “Quruluş Osman”, ” Bozkır Arslanı Cəlallədin”, “Dastan” kimi milyonlarla tamaşaçının sevərək izlədiyi ekran əsərlərinin çəkiliş meydançasını ziyarət ediblər.

Azinforum.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, yaradıcı heyətlə görüşüb, çəkilişlərin gedişatı ilə yaxından tanış olan Anar Kərimovun son illər türk seriallarında rol alan həmyerlimiz, məşhur idmançı Zabit Səmədovla da səmimi söhbəti baş tutub.

Maraqlı səfər çərçivəsində Mehmet Bozdağın yaradıcısı olduğu film şirkətinin mədəniyyət nazirliyi ilə kinematoqrafiya sahəsində gələcək əməkdaşlığı da müzakirə olunub.

Həmçinin oxuyun

“Rusiyanın demoqrafiyasında eniş narahatedici hadisədir” – PUTİN

“Rusiyanın demoqrafiyasında eniş narahatedici hadisədir”. “RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin …