Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Nazim İbrahimov pul yoxdur deyib, bizi yarışa yollamadı” – Sevil Bünyatova ilə (MÜSAHİBƏ)

“Nazim İbrahimov pul yoxdur deyib, bizi yarışa yollamadı” – Sevil Bünyatova ilə (MÜSAHİBƏ)

Son vaxtlar ən çox problemləri olan idman federasiyalardan biri də Azərbaycan Qılıncoynatma Federasiyasıdır. Bu təşkilatda bir çox idmançılar maaşları verilmədiyi üçün müxtəlif yollarla etirazlarını da bildiriblər. Azərbaycan qılıncoynadma üzrə Avropa Oyunlarının gümüş və bürünc mükafatçıları Sevil və Sevinc Bünyatovalar da etiraz edənlər arasındadır. Əkiz bacılar sosial şəbəkədə eks vitse-prezident Yaşar Məmmədov və məşqçi Fikrət Vəliyev olmasa biz də qılıncoynatmanı tərk edəcəyik deyə bildiriblər. Məsələ ilə bağlı bacılardan Sevil Bünyatova ilə söhbətləşmək qərarına gəldik.
Xanım idmançı Unikal.org-a federasiyanın prezidenti Nazim İbrahimovun rəhbərlik etdiyi federasiyanın problemlərindən söz açıb.
– Neçə aydır maaş almırsız?
– 21 aydır ki, federasiyadan maaş almırıq. Federasiya rəhbəri Nazim İbrahimov hər dəfə 5 günə, 1 həftəyə, 10 günə veriləcək deyə-deyə bu vaxta qədər uzandıb. Yaşar müəlim də dəfələrlə maaşla bağlı Nazim İbrahimovla görüşüb, danışıb. Amma hələ də bir nəticə yoxdur. Bu da sonda problemlərin daha da artmasına gətirib çıxarıb.
– Sizcə Yaşar müəllimin vəzifəsindən göndərilməsində səbəb nə idi?
– Avqustun 17-də federasiyada iclas oldu. Həmin iclasa da vitse-prezident Yaşar Məmmədov və məşqçim Fikrət müəllim dəvət olunmamışdı. Yəni iclasda iştirak edə bilməyiblər. Orada verilən qərarla Yaşar müəllimi vitse-prezidentlikdən çıxarıblar.
– Yaşar Məmmədovun gedişi siz idmançılara xüsusi təsiri olacaq?
– Əlbəttə ki, təsiri böyükdür. Zərbə olacaq.
– Hazırda federasiyada qılıncoynadanlar var?
– Var. Amma onlar uşaqdırlar. Millinin tərkibində hər hansı beynəlxalq yarışda iştirak edə bilməzlər. Yaşları uyğun deyil. Əslində bacım və mən millinin üzvləriyik.
– Yaşar Məmmedov və Fikrət müəllim olmazsa qılıncoynatmanı tərk edəcəyinizi bəyan etmişdiniz. Bu nə dərəcədə realdır?
– Bildiyiniz kimi bu il avqustun 20-də Taipeidə Yay Unversiadası keçirilir. Bizi həmin yarışa yola salmalı idilər. Biletlərimizi Nazim İbrahimov almalı idi. Amma dedi ki, pul yoxdur və bizi o yarışa yollamadı. Buna görə də o cür yarışda iştirak edə bilməyəcəyik. Biz İlk Avropa Oyunlarının gümüş və bürünc medallarının sahibiyik, bir çox yarışların qalibi və mükafatçısıyıq. Belə yarışdan qalmağımız düzgün deyil. Yaşar müəllimin gedişi Azərbaycan qılıncoynatma idman növü üçüm ciddi zərbə olacaq. Eləcə də Fikrət müəllim… Onun bizim üzərində 20 illik əziyyəti var. O da məşqçi postundan imtina edir. Elə buna əsasən biz də milli komandanı tərk etmək fikrindəyik. Yəni Yaşar müəllim və Fikrət müəllim federasiyada olmasa biz millidən uzaqlaşmaq haqqında qərar vermişik.
– Bəs məşqləri necə edirsiz?
– “Neftçi”də məşqlərimizi davam etdiririk.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın