Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Qanunu qüvvədən salıb.
Bu barədə o, Konstitusiya qanununu imzalayıb. Bundan əvvəl sənəd parlamentin hər iki palatasının birgə iclasında təsdiqlənib.
“Birinci prezident haqqında” Qanunda eks-prezident Nursultan Nazarbayev və onun ailə üzvləri üçün bir sıra imtiyazlar var idi. O hətta törətdiyi əməllərə görə məsuliyyətə cəlb oluna, saxlanıla, həbs edilə və həbsdə saxlanıla, axtarışa məruz qala, dindirilə və ya şəxsən axtarışa məruz qala bilməzdi.
Toxunulmazlıq Nazarbayevə və onunla birlikdə yaşayan ailə üzvlərinə məxsus bütün əmlaka da şamil edilirdi.