Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Nazarbayev satqın generalın qardaşını da cəzalandırdı

Nazarbayev satqın generalın qardaşını da cəzalandırdı

Astananın Yesilski rayon məhkəməsi Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbərinin qardaşı Rüstəmbek Dutbayevi həbs edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Agentlik Dutbayev haqqında 2 aylıq həbs qərarı verildiyini bildirib. Rüstəmbekin nədə ittiham olunduğu hələ də bilinmir.

Qeyd edək ki, Qazaxıstan MTK-nın keçmiş rəhbəri Nartay Dutbayev sentyabrda həbs olunmuşdu. O, dövlət sirrini yaymaqda ittiham edilərək 7,6 il azadlıqdan məhrum edilmişdi. Onun həmçinin general-leytenant rütbəsi də əlindən alınmışdı.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …