Ana səhifə / Dünya / Nazarbayev Bodrumda cangüdənləri ilə dənizə girdi (FOTOLAR)

Nazarbayev Bodrumda cangüdənləri ilə dənizə girdi (FOTOLAR)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bodrumda istirahət edir.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, cangüdənləri ilə dənizə girən Nazarbayev 75 dəqiqə suda üzüb. Qaldığı otelin sahilində yürüş edən prezidentin cangüdən ordusu ilə gəzməsi diqqətdən yayınmayıb. Bodruma 2 gün əvvəl xüsusi yaxta ilə yollanan 75 yaşlı Nazarbayev onu tanıyanlarla salamlaşaraq fotolar çəkilməsinə icazə verib.
Prezidentin 4-5 gün sonra yunan adalarına səyahət edəcəyi, daha sonra isə yenidən Bodruma qayıdacağı öyrənilib. O, 2 həftə istirahətdən sonra ölkəsinə dönəcək.

Həmçinin oxuyun

Səfirdən şikayət var

AR MM sədri cənab Oktay Əsədova  Surəti AR DİDK sədri cənab Fuad Muradova Hörmətli Oktay …