Bazar , Sentyabr 24 2023
Ana səhifə / Dünya / Navalnıya 19 il həbs cəzası verildi

Navalnıya 19 il həbs cəzası verildi

Moskva məhkəməsi Aleksey Navalnıya ekstremizm işi üzrə 19 il həbs cəzası verib.

TASS xəbər verir ki, hökmə əsasən, Navalnı cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

O, ekstremist təşkilat yaratmaqda, o cümlədən onun işində iştirakda, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə, buna açıq çağırışlar etməkdə və azyaşlıları həyatları üçün təhlükəli fəaliyyətlərə cəlb etməkdə təqsirli bilinib.

Prokuror onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə ciddi rejimli cəza çəkməsində olmaqla 9 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Həmçinin oxuyun

Paşinyanın partiyası seçkilərdə qalib gəlib

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səslərin hesablanması başa çatıb. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 475 …